» » » Ronaldo Avropanın Ən yaxşı futbolçusu seçildi

Ronaldo Avropanın Ən yaxşı futbolçusu seçildi

Madrid "Real"ının və Portualiya millisinin hücumçusu Kriştiano Ronaldo 2015/16 sezonunun nəticələrinə əsasən Avropanın ən yaxşı futbolçusu seçilib.
 
 
Bu mükafat uğrunda 31 yaşlı futbolçu əsas rəqibləri - komanda yoldaşı, Uelsli Qarret Beyl və Fransa millisinin və madrid "Atletiko"sunun hücumçusu Antuan Qrizmannı qabaqlamağı bacarıb.
 
Ötən mövsüm Ronaldo "Real"ın heyətində Çempionlar Liqasınının və Portuqaliya millisi ilə Avro-2016-nın qalibi olub. 
 
 
Qeyd edək ki, 2015/16 sezonunda Ronaldo klub səviyəsində 48 oyun keçirib, 51 qola imza atıb və 15 məhsuldar ötürmə edib. Avropa çempionatında isə bu göstəricilər 7 oyun, 3 qol və 3 ötürmədən ibarət olub. 

556     
Reklam

Reklam