» » » "İnter" klubu rəsmi məlumat yayımladı

"İnter" klubu rəsmi məlumat yayımladı

Premyer.az "İnter” Peşəkar İdman Klubunun 2016-ci ilin üçüncü rübü ərzində görülmüş və planlaşdırılmış işlər barədə yayımladığı ətraflı məlumatı diqqətinizə çatdırır. "
Stadion üzrə:
1. Stadionda yeni təhlükəsizlik xidməti təsis olunmuş və təhlükəsizlik xidməti Avropa standartlarına uyğun təşkil edilmişdir.
2.Stadionda səsləndirmə Avropa standartlarına uyğun tam yenilənmişdir.
3.Skybokslar müasir dövrün tələblərinə uyğun təmir olunmuşdur.
4.Stadionun 3-cü meydançasında əsaslı təmir işləri həyata keçirilir. 3 ayrı-ayrı fəaliyyət göstərəcək üstüörtülü məşq meydançaları hazırlanır. Bu, uşaq-yeniyetmə futbolçuların soyuq aylarda tamdəyərli məşq prosesində iştirak etmələrinə imkan verəcəkdir. "Yuventus” Futbol Akademiyasının təlim-məşq prosesləri məhz bu meydançalarda aparılacaq.
5.Stadionun 3-cü meydançasının geyinib-soyunma otaqları əsaslı təmir olunmuşdur.
6. Stadionda reklam banerlərin yerləşdirilməsi istiqamətində potensial sponsorlarla danışıqlar aparılır.
7.Stadionda yeni bilet satışı sisteminin yaradılması istiqamətində işlər həyata keçirilir.
8."İnter" FK-nın ev oyunları zamanı azarkeşlər arasında həvəsləndirici uduşların keçirilməsi planlaşdırılır.
9. Növbəti il əsas meydançanın süni ot örtüyünün təbii ot örtüyü ilə əvəz edilməsi planlaşdırılır.
Şəxsi heyət üzrə:
10. "İnter" Peşəkar İdman Klubunun Nizamnaməsinə uyğun olaraq "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti Johann Engbrechti "İnter”PİK-in Müşahidə Şurasının sədri vəzifəsinə təyin etmişdir. Avropa futbol təlim-tədris prosesinə yaxından bələd olan cənab Engbrechtin məşqçilik lisenziyası da var.
11. Əsas komandanın idarəçiliyində təmsil olunan üç nəfər şəxsi layihələrinin olması səbəbi ilə klubu tərk etmişdir.
12. Klubun Uşaq-Gənclər Futbol Akademiyasının məşqçilər korpusunda aparılan dəyişikliklər yekunlaşmaq üzrədir və yeni məşqçilər korpusu "Yuventus" Futbol Akademiyasının təlim-məşq prosesində iştirak edəcəklər.
13. Klubun Uşaq-Gənclər Futbol Akademiyasında təlim-məşq prosesi Almaniya tədris sisteminə uyğun təşkil ediləcək.
14. Klubun inzibati heyətində yaxın zamanlarda böyük dəyişiklik gözlənilmir.
Yuventus Bakı Akademiyası üzrə:
15. "İnter"PİK-in baş sponsoru olan Azərbaycan Beynəlxalq Bankı Azərbaycan futbolunun inkişafında maraqlıdır və bank dünyanın ən məşhur futbol klublarından "Yuventus" klubu ilə əməkdaşlığa başlamışdır. İtaliya çempionu olan bu klubla müvafiq saziş çərçivəsində bir sıra birgə tədbirlər həyata keçiriləcək. İlk növbədə, "İnter Arena”nın bazasında "Yuventus” Futbol Akademiyası yaradılacaq. Belə bir akademiyanın təşkilində məqsəd Azərbaycanda uşaq futbolunun inkişafına dəstək və "İnter” Peşəkar İdman Klubunun mövcud infrastrukturunun inkişaf etdirilməsidir.
401