» » » Qurban Qurbanov: "Bu ölüm-dirim mübarizəsi deyil"

Qurban Qurbanov: "Bu ölüm-dirim mübarizəsi deyil"

Avropa Liqasının "pley-off" mərhələsində İsveç "Göteborq"u ilə keçiriləcək cavab görüşündən öncə təşkil olunmuş mətbuat konfransında "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov maraqlı fikirlər bildirib. Premyer.az Qurbanovun söylədiklərini diqqətinizə çatdırır:
 
"Göteborq”la oyun ən vacib oyunlardan biridir. Rəqibi yaxından tanıdıq, pis hazırlaşmamışıq. Hər cür nəticə və oyuna hazırıq. Baxmayaraq ki, 0:1 geridəyik, amma çalışacağıq, ki qələbə qazanaq. Sözsüz ki, bu ölüm-dirim mübarizəsi deyil. Amma əgər qrupda çıxış etmək istəyiriksə, vacib oyunun əhmiyyətini anlamalıyıq.Sabah hücumlarımızın sayını artırlamlı, aqressiv olmalı və sürətli olmalıyıq. Müdafiədə diqqətli olmalı və çoxsaylı hücumlar etməliyik.  

Dino Ndlovu ilə bağlı hələ tam qərar verməmişəm. Onun hazırlığı yaxşı səviyyədə deyil və mən hazırlıqsız futbolçunu meydana buraxmaq istəməzdim.  

"Viktoriya Plzen”ə görə təəssüflənmirəm. Bizimlə oyunda çexlərin qol epizodları olmadı, amma sonda top vurmağı bacardılar.
Penaltilər seriyasına gedilməsini istəməzdim. Amma biz hər şeyə, hətta məğlubiyyətə də hazır olmalıyıq. Penalti seriyasını xüsusi məşq etməmişik, futbolçuları psixoloji cəhətdən narahat etmək istəmirəm.

"Qəbələ”yə sabahkı oyunda uğurlar arzulayıram. Çox istəkli görünürlər. Nə bizim, nə də onların oyunu asan görünmür. Çalışmalıyıq ki, soyuqqanlı olaq.
258     
Reklam

Reklam