» » » Rəşad Sadıqov kimə "Mercedes” markalı avtomobil bağışladı?

Rəşad Sadıqov kimə "Mercedes” markalı avtomobil bağışladı?

Futbol üzrə Azərbaycan milli komandasının və "Qarabağ” klubunun kapitanı Rəşad Sadıqov ilk məşqçisinə avtomobil hədiyyə edib.
 
Premyer.az xəbər verir ki, bu barədə Sadıqovun ilk məşqçisi Vaqif Paşayev özü açıqlama verib.
 
Paşayev bildirib ki, təxminən 20 gün əvvəl yetirmələrindən olan Rəşad Sadıqov ona sürpriz edib: "Rəşad Sadıqov mənə "Mercedes” markalı avtomobil bağışladı. Hədiyyəyə görə, Rəşada təşəkkür edirəm”.
 
Mənbə: Futbol+
562