» » » 31 yaşlı futbolçu Azərbaycan çempionatlarında yubiley oyununa çıxıb

31 yaşlı futbolçu Azərbaycan çempionatlarında yubiley oyununa çıxıb

Topaz Premyer Liqasının III turu AZAL-ın futbolçusu Ruslan Əmircanov üçün əlamətdar olub.
 
Premyer.az bildirir ki, 31 yaşlı müdafiəçi Azərbaycan çempionatlarında yubiley oyununa çıxıb.
 
Ölkə çempionatlarında 2001/02 mövsümündə debüt edən futbolçu 250-ci matçında iştirak edib. Bu, "Zirə” ilə matçda (1:3) gerçəkləşib. Bu görüşlərdə 5 qol vuran Əmircanov indiyədək 8 klubun formasını geyinib. O, "Ümid”də 2, "Ədliyyə”də 23, "Karvan”da 54, "Standard”da 42, "Neftçi”də 54, "İnter”də 65, "Qəbələ”də 7 və AZAL-da 3 matç keçirib.
 
 
Xatırladaq ki, ötən tur "İnter”in futbolçusu Samir Zərgərov 250-ci oyununu keçirmişdi. Ümumilikdə isə Əmircanov hesabında 250 və daha çox oyun olan 50-ci futbolçu olub.
















2001/02
Ümid (Bakı)
2
0
2003/04
Ədliyyə (Bakı)
23
1
2004/05
Karvan (Yevlax)
27
0
2005/06
Karvan (Yevlax)
6
0
2006/07
Karvan (Yevlax)
21
0
2007/08
Standard (Bakı)
17
0
2008/09
Standard (Bakı)
25
0
2009/10
Neftçi (Bakı)
21
0
2010/11
Neftçi (Bakı)
12
0
2011/12
Neftçi (Bakı)
21
2
2012/13
İnter (Bakı)
24
0
2013/14
İnter (Bakı)
25
2
2014/15
Qəbələ
7
0
2015/16
İnter (Bakı)
16
0
2016/17
AZAL (Bakı)
3
0
  Cəmi
250
5
305