» » » Qurban Qurbanov: " Futbolçularımın hər birinə güvənim artdı"

Qurban Qurbanov: " Futbolçularımın hər birinə güvənim artdı"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi" ilə oyundan (3:0) sonra CBC Sport-a fikirlərini bildirib.
 
Premyer.az Qurbanovun söylədiklərini diqqətinizə çatdırır:
 
Qurban Qurbanov: "Heyətdə olan hər bir futbolçuya güvənirəm. Bu gün də onun şahidi oldum ki, hər bir futbolçu ən yaxşı oyununu göstərməyə çalışdı və çox istəkli idilər. Buna görə çox sevinirəm. Nəticədən daha çox futbolçuların oyunda olan diqqətini bəyəndim. Hesabda böyük üstünlüyümüzə baxmayraq hər birinin qol buraxmamaq istəyi böyük idi. Futbolçularımızın hamısı təbrik etdim. Hər birinə güvənim artdı. "Neftçi"yə uğurlar azrulayıram. Düşünürəm ki, qarşıda daha yaxşı çempionat, daha yaxşı oyunlar olacaq".  

Qurbanov Əl Hərbi Əl Jadeuyinin yeni mövqeyində oynamasından və yeni transfer Dini Ndlovdan də söz açıb: "Əl Hərbinin möqveyində dəyişklik etmişdik. O, dayaq yarımümdafiəçisi möveyində oynaya bilir. Əvvəllər bir neçə dəfə bu mövqedə onu qoymuşdum. Normal oynadı. Ola bilər ki, bəzi çatışmazlıqları vardı. Ancaq ümumilikdə layiqli çıxış etdi. Ndlovuda da normal oynadı. Ona bu gün ən yaxşı formasını göstərmək çətindir. Çünki hələ tam hazır deyil".  
493