» » » Roman Qriqorçuk : "Eyforiya və indidən sevinmək fikrindən uzağam"

Roman Qriqorçuk : "Eyforiya və indidən sevinmək fikrindən uzağam"

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Qəbələ”-"Maribor” (Sloveniya) qarşılaşmasından (3:1) sonra "qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.
 
Premyer.az sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edir:
"Maribor” hesabı açanda başa düşürdüm ki, 0:1 deyil, bizim xeyrimizə olan hesab haqda düşünmək lazımdır. Həmin vaxt hiss edir və dəqiq bilirdim ki, bizə tez qol vurmaq vacibdir. Eyforiya və indidən sevinmək fikrindən uzağam. Artıq oyunun təhlilinə başlamalıyıq. Buna köklənmişəm. Çünki cavab qarşılaşmasında daha yaxşı oynamalıyıq. Ona görə də təhlil çox vacibdir. Yalnız oyunun axarını dəyişmək haqda düşündüyümdən matç ərzində keçirdiyim hissləri belə bilmirəm. Amma həmin an düşündüklərimi deməyim mümkündür. Görüşün gedişində Rafael Santosa öz tövsiyələrimi verirdim. Meydanın mərkəzini rəqibə verməkdən danışmaq olmaz. Bizim müdafiədəki bəzi taktiki səhvlərimiz rəqibin yalnız bir neçə dəqiqəlik topa nəzarət etməsi ilə nəticələndi. Fasilədə bunu tamamilə aradan qaldıra bildik. Müdafiədəki oyun deyəndə kiminsə deyil, bütün komandanın çıxışını nəzərdə tuturam. Biz taktiki səhv buraxan kimi rəqib bundan yararlanıb, üstünlüyə yiyələnirdi. "Maribor” çox ağıllı oynayırdı. Hesab 3:1 olandan sonra rəqibi daha da sıxmaq olardı. Amma həmin anı əldən verdik. Rəqib tempi aşağı salmağı bacardı”.
283