» » » Premyer Liqada anti-rekord qeydə alındı

Premyer Liqada anti-rekord qeydə alındı

Topaz Premyer Liqasının II turunda cəmi 3 qol vurulub.
 
Premyer.az bildirir ki, baş tutan 4 qarşılaşmada orta hesabla 0,750  qolun qeydə alınması son 3 mövsüm (2014/15, 2015/16, 2016/17) üçün ən aşağı məhsuldarlıqdır. Daha az qolun qeydə alınmasına sonuncu dəfə 2013/14 mövsümünün VIII turunda təsadüf olunmuşdu. 2013-cü il sentyabrın 27-29-da baş tutan 5 görüşdə cəmi 2 qol vurulmuşdu. 35 ay əvvəlki məhsuldarlıq 0,400 olub. 2013-cü ilin sentyabrındakı tur zamanı qollardan birini meydan sahibləri, birini qonaqlar vurmuşdusa, bu dəfə öz meydanında oynayanlar fərqlənə bilməyib. Belə ki, hər üç topa qonaqlar sevinib.
 
 
Xatırladaq ki, hesabat turunda "Qarabağ” "Sumqayıt”ı 2, "Zirə” "Neftçi”ni 1 cavabsız qolla məğlub edib, "Kəpəz” – AZAL və "Qəbələ” – "İnter” qarşılaşmalarında qol qeydə alınmayıb.
555     
Reklam

Digər xəbərlər

Reklam