» » » Gəncə səfərindən seçmələr, 2-ci hissə: PFL, Media Komitəsi və Gəncə futbolu (FOTOLAR, VİDEO)

Gəncə səfərindən seçmələr, 2-ci hissə: PFL, Media Komitəsi və Gəncə futbolu (FOTOLAR, VİDEO)

Gəncə səfərindən seçmələr: II YAZI

PFL-in təqdirəlayiq ənənəsi

PFL öz ənənəsinə sadiq qalaraq, keçən mövsümün sonlarından yaranan qısa fasilədən sonra, yenidən KİV nümayəndələrinin bölgələrə səfərlərini bərpa etdi. Hərçənd ki, 2016/2017 mövsümündə Premyer liqada cəmi üç əyalət komandası çıxış edir, "Qarabağ” oyunlarını Bakıda keçirdiyindən, sadəcə "Kəpəz” və "Qəbələ”nin oyunlarını bölgələrdə izləmək imkanı yaranacaq.

Belə səfərlərdən ilki, Premyer Liqanın ikinci turunda baş tutdu. "Kəpəz”lə AZAL-ın oyununu işıqlandırmaq məqsədilə, təxminən 20-yə yaxın KİV nümayəndəsi, PFL-nin təşkil etdiyi nəqliyyat vasitəsi ilə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə yola düşdü.

Nizami Gəncəvi Məqbərəsi və Hava Hüseynova

Səhər saat 9 radələrində yola düşən avtobus, təxminən 5 saatdan sonra qədim Gəncəyə gəlib çatdı. Nizami yurdu jurnalistləri isti hava ilə qarşıladı. Buna baxmayaraq, oyuna hələ iki saat qaldığını nəzərə alaraq (qarşılaşma saat 17:00-da start götürdü) jurnalist həmkarım Rahib Səmədovla birlikdə, fürsətdən istifadə edərək, dahi şairimiz, filosof və mütəfəkkir, dünya şöhrətli – Nizami Gəncəvinin Məqbərəsini ziyarət etmək qərarına gəldik. Onu da qeyd edim ki, keçən illə müqayisədə, Məqbərə ətrafında aparılmış yenidənqurma və bərpa işləri təqdirəlayiqdir.

Məqbərənin bələdçisi, nizamişünas Hava Hüseynova, öz həzin səsi ilə bizi bir daha Nizami dünyasına götürərək, Azərbaycan və dünya ədəbiyyatının ən görkəmli nümayəndəsinin lirikası və yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri və yaradıcılığı haqqında geniş məlumat verdi...

Azad Mustafayev və Valeh Əsədov

Oyuna gəlincə qeyd etmək istərdim ki, Gəncə şəhər stadionunu son ziyarətimdən sonra (2015/2016 mövsümündə), bu dəfə KİV nümayəndələri üçün daha yaxşı şərait yaradılıb və oyunu işıqlandıran jurnalist həmkarlarıma "Kəpəz” klubunun mətbuat katibi Azad Mustafayev və Gəncənin ictimai - mədəni və sosial həyatının ən fəal üzvlərindən biri olan, gənc könüllü Valeh Əsədov tərəfindən hər cür dəstək göstərilmişdi.

Gəncə azarkeşləri

0:0 hesabı ilə bitən oyun haqqında saytımızda yetərincə məlumat vermişdik. Bu yazımda xüsusi ilə Gəncə azarkeşlərini qeyd etmək istərdim. Öz çılğınlığı və klublarına qarşı sadiqliyi ilə seçilən gəncəli futbolsevərlər, bu dəfə də komandalarını yalnız buraxmamışdılar. Havanın həddindən artıq isti olmasına baxmayaraq (təxminən 40-41 dərəcə), 12-13 min nəfərə yaxın azarkeş, son dəqiqələrə qədər komandalarını dəstəklədilər.

Gəncə şəhər stadionu

Bir məqama da toxunmadan keçə bilmərəm – Gəncə şəhər stadionu... Gəncə kimi futbol ənənələri olan bir şəhərin mərkəzi futbol stadionu – çox acınacaqlı və bərbad vəziyyətdədir. Stadionun əsaslı təmirə ehtiyacı var. Belə getsə, "Kəpəz” də digər komandalar kimi yaxın zamanlarda öz ev oyunlarını Bakıda keçirməli olacaq. Bu halda isə minlərlə yerli klub azarkeşləri futbolsuz qalacaq.

Odur ki, burdan aidiyyatı dövlət qurumlarına, Gəncə şəhər icra hakimiyyətinə, Gəncəli iş adamlarına, AFFA-ya, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə və bütün futbolsevərlərə səslənirəm – Respublikamızın ikinci ən adlı sanlı tarixinə malik olan – "Kəpəz” komandasını stadionsuz,  klubun çoxsaylı azarkeşlərini isə futbolsuz qoymayaq...

PFL-in  və  Mətbuat  Komitəsinin  yeni  Layihəsi

Sonda da, PFL-in və AFFA yanında Media Komitəsinin, idman jurnalistlərinin təşviqi ilə əlaqədar irəli sürdüyü yeni layihəsi haqqında bir neçə kəlmə söyləmək istərdim. Layihə ondan ibarətdir ki, yeni mövsümdən etibarən bölgələrə səfər zamanı, öncəki səfərlərdən fərqli olaraq oyunun hesabını doğru tapan KİV nümayəndələri yox, oyun haqqında daha maraqlı və dolğun reportajlar hazırlayan KİV nümayəndələri mükafatlandırılacaq.

Mükafatın miqdarı önəmli deyil, önəmli olan – bu təşviqedici layihə bölgə futbolunun KİV-lərdə daha geniş şəkildə işıqlandırılmasına və mövcud problemlərin ictimaiyyətə çatdırılaraq, daha tez həll edilməsinə təkan verəcək.

PREMYER.AZ  SAYTININ TƏKLİFİ

Premyer.az saytı Media Komitəsinin üzvü olmasa da, bu Layihəni dəstəklədiyini və buna bənzər layihələrin Birinci Divizonda da keçirilməsini təklif edir.

MİNNƏTDARLIQ

Topaz Premyer Liqasının II turu çərçivəsində keçirilən "Kəpəz” – AZAL oyununa KİV nümayəndələrinin səfərini təşkil edən PFL rəhbərliyinə, PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevə, həmin departamentinin əməkdaşı Elgiz Abbasova, oyun zamanı jurnalistlərə dəstək olan "Kəpəz” klubunun mətbuat katibi Azad Mustafayevə, könüllü Valeh Əsədova və bütün əməyi keçənlərə jurnalist həmkarlarım adından dərin təşəkkürümü  bildirirəm.
 
Rauf İskəndərov / Premyer.az

669