» » » Tadas Simaitis: "Hücum xəttimiz düzələndən sonra, nəticə də olacaq"

Tadas Simaitis: "Hücum xəttimiz düzələndən sonra, nəticə də olacaq"

Tadas Simaitis: "Hücum xəttimiz düzələndən sonra, nəticə də olacaq" Topaz Premyer Liqasının ikinci turu çərçivəsində "Kəpəz"lə  AZAL  komandaları arasında keçirilən oyun (0:0) sonrası, Premyer.az saytının Gəncəyə ezam olunmuş müxbiri, meydan sahiblərinin qapıçısı Tadas Simaitisdən  oyun haqqında fikirlərini öyrənib.
 
Litvalı qolkiper aşağıdakıları söyləyib:
 
Tadas Simaitis: "Oyun ağır keçdi, ümumiyyətlə hal-hazırda bizim oyunumuz alınmır. Son ildəki kimi oynaya bilmirik. Oyunumuzu düzəltmək üçün vaxt lazımdır. Düşünürəm ki, hər şey yaxşı olacaq. Avroliqadan sonra heç bir stress və ya depressiya yoxdur, komandada hər şey normaldır. Sadəcə olaraq indi bizə çətindir. Hücum yoxdur, qol epizodları yarada bilmirik. Hücum xəttimiz düzələndən sonra, nəticə də olacaq.  Yeni oyunçularımız var, Dario zədədən sonra geri qayıdıb. Düşünürəm ki, bir az vaxt lazımdır.
 
 
Bu günkü oyundan sonra özümüzü elə hiss edirdik ki, sanki uduzmuşuq. Biz bir xal qazanmadıq, iki xal itirdik.
Mən bütün oyunlarda və bütün məşqlərdə belə 100 % potensialımı ortaya qoyuram. Kim düşünürsə ki, məndə arxayınlıq hissi var, yanılır. Digər iki qapıçımız da çox yaxşı qapıçılardır. Azərbaycana gəlincə isə, Bezotosnıy və Şehiç zənnimcə çox güclü qapıçılardır.”
 
Foto və müsahibə: Rauf İskəndərov / Premyer.az / Gəncə
 
500     
Reklam

Reklam