» » » Tərlan Əhmədov: "Heç-heçə hər iki komanda üçün ədalətli nəticədir"

Tərlan Əhmədov: "Heç-heçə hər iki komanda üçün ədalətli nəticədir"

Tərlan Əhmədov: "Heç-heçə hər iki komanda üçün ədalətli nəticədir" Topaz Premyer Liqasının ikinci turu çərçivəsində "Kəpəz"lə AZAL komandaları arasında baş tutan oyun (0:0) sonrası, hər iki komandanın baş məşqçisi, mətbuat konfransı keçirərək, oyun haqında jurnalistlərin suallarını cavablandırıblar. Premyer.az saytının Gəncəyə ezam olunmuş müxbiri, qonaq komandanın baş məşqçisi Tərlan Əhmədovun oyun haqqında söylədiklərini diqqətinizə çatdırır:
 
Tərlan Əhmədov: "Açığı bu oyunun ağır keçəcəyini əvvəldən uşaqlara da demişdim. Gəncə şəhərində, bu torpaqda futbolçular yetişir və bu şəhər futbolnan yaşayan bir şəhərdir. Bu gün, baxmayaraq ki, eyni səviyyədə oyun getdi, nəticə oyuna görə oldu. Komandamın futbolçularına, mübarizə apardıqları üçün təşəkkür edirəm. Verilən tapşırığı demək olar ki, taktiki cəhətdən yerinə yetirdilər. Hər birinin üzərinə düşən öhdəçiliyi yerinə yetirdilər, sağ olsunlar.
 
Əvvəlki komandamızı yavaş-yavaş özünə qaytarırıq. Bu ilki komandamız keçən ilkindən bir balaca, həm oyun baxımından, həm də texniki baxımdan irəlidədir. İnşallah siz komandanın uğurlarını gələcək zamanda görəcəksiniz.
 
İkinci hissədə qalib gəlmək üçün iki hücumçu ilə mübarizə apardıq, Canelidzeni meydana buraxdım, amma rəqibin evdə oynaması və təzyiqi artırması, bizim müdafiəyə çəkilməyimizə səbəb oldu. Buna baxmayaraq, heç-heçə hər iki komanda üçün ədalətli nəticədir.”
 
Foto: Rauf İskəndərov / Premyer.az / Gəncə
210     
Reklam

Reklam