» » » Şahin Diniyev: “Yenidən Gəncəyə dönməyimizə şadıq"

Şahin Diniyev: “Yenidən Gəncəyə dönməyimizə şadıq"

Şahin Diniyev: “Yenidən Gəncəyə dönməyimizə şadıq"Topaz Premyer Liqasının II turu çərçivəsində keçiriləcək "Kəpəz” – AZAL oyunundan öncə "sarı-göylər”in baş məşqçisi Şahin Diniyev kapazpfc.az saytına matçla bağlı fikirlərini bölüşüb.
 
Premyer.az baş məşqçinin fikirlərini diqətinizə çatdırır: "Yenidən Gəncəyə dönməyimizə şadıq. Bilirik ki, bizi burada səbrsizliklə çoxsaylı azarkeş ordusu gözləyir. Onları mövsüm boyu yaxşı oyun və qələbələrlə sevindirməyə səy göstərəcəyik. İlk ev oyununda bizə asan olmayacaq. AZAL ilk turdan necə rəqib olduğunu göstərdi. Rəqibimiz də səfər oyununa uğur qazanmaq üçün gəlib. Sabah biz mütləq qələbə qazanmağa çalışacağıq. Futbolçular məsuliyyəti anlayırlar. Mənə elə gəlir ki, havanın isti olması oyunun sürətinə təsir edəcək. Amma düşünürəm ki, bu yaxşı oyun göstərmək üçün səbəb olmamalıdır. Bizim ən yaralı yerimiz ön xətdir. Hücumda çıxış edən futbolçular zamanla bir-birilərinə uyğunlaşacaqlar”.
367     
Reklam

Reklam