
Topaz Premyer Liqasının yeni mövsümündə sabah "Kəpəz” Gəncədə ilk
oyununu keçirəcək. Premyer.az xəbər verir ki, "sarı-göylər” şəhər stadionunda AZAL-ı qəbul edəcək.
Gəncə klubunun futbolçusu Şəhriyar Rəhimov kapazpfc.az saytına
açıqlamasında azarkeşləri komandaya dəstək olmağa çağırıb: "Əvvəlcə onu
deyim ki, Gəncədə azarkeşlərimiz önündə oynamaq üçün çox darıxmışıq.
Sonuncu dəfə evdə may ayında onların qarşısında çıxış etmişik.
Çalışaçağıq ki, fanatlarımızı yenə qələbələrlə sevindirək. Xüsusən də
AZAL-la matçda ilk qələbəmizi qazanmaq istəyirik. Çünki yeni mövsümdə
doğma meydanda birinci oyunumuzdur. Azarkeşlərə söz veririk ki,
əlimizdən gələni edib qarşımıza qoyulan məqsədə çatmağa çalışacağıq. Bu
yolda onlar da bizə dəstək verməlidirlər. Azarkeşlər bizim "12
oyunçu”muz hesab olunurlar. İnanıram ki, ötən mövsüm necə yanımızda
idilərsə, indi yenə bizə o cür dayaq olacaqlar”.