» » » Yığmamız Dünya Kubokuna qələbə ilə başladı

Yığmamız Dünya Kubokuna qələbə ilə başladı

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Yezolo şəhərində təşkil olunmuş FIFA Dünya Kuboku-2017 turnirinin Avropa komandaları arasında seçmə mərhələsində bu gün ilk oyununu keçirib.
 
Premyer.az xəbər verir ki, Bolqarıstan yığması ilə qarşılaşan millimiz 7:2 hesabı ilə qələbə qazanıb.
 
Orxan Məmmədovun het-trik, Sabir Allahquliyevin isə dubl etdiyi oyunda hərəyə 1 dəfə Əbdül Əliyev və Hikmət Bağırov fərqlənib.
Millimiz növbəti oyununu avqustun 13-də Danimarka yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:15-də başlayacaq.

448     
Reklam

Reklam