» » » Kamran Ağayev "Sumqayıt"da

Kamran Ağayev "Sumqayıt"da

"Sumqayıt" Futbol Klubu daha bir futbolçu ilə güclənib.
 
Premyer.az bildirir ki, yığmamızın qapıçısı Kamran Ağayev "Sumqayıt"a transfer olunub. Klubun rəsmi saytında yer alan məlumata görə, 30 yaşlı qolkiper 1 illik müqaviləyə imza atıb.

2008-ci ildən Azərbaycan millisinin şərəfini qoruyan Kamran Ağayev yığmamızla 60 dəfə meydana çıxıb.
306