» » » "Real" Madrid UEFA Superkubokunun qalibidir (FOTOLAR)

"Real" Madrid UEFA Superkubokunun qalibidir (FOTOLAR)

"Real" Madrid UEFA Superkubokunun qalibidir (FOTOLAR)Norveçin Tronheym şəhərində UEFA Superkubokunun qalibi müəyyənləşib. Premyer.az bildirir ki, Çempionlar Liqasının son qalibi "Real Madrid” Avropa Liqasını qazanan digər ispan klubu "Sevilya” ilə üz-üzə gəlib. Gərgin və dramatik keçən qarşılaşmada hesabı madridlilər açıblar – 21-ci dəqiqədə Marko Asensio gözəl zərbə ilə topu qapıdan keçirib. Lakin hissəsin sonlarında Franko Vaskes matçda status-kvonu bərpa edib. 72-ci dəqiqədə "Sevilya” ikinci qolu da Kasilyanın qoruduğu qapıdan keçirib – Konoplyanka penaltidən fərqlənib. Buna baxmayaraq "Real Madrid” məğlubiyyətdən qurtulmağı bacarıb. 90+3-cü dəqiqədə Serxio Ramos matçı əlavə vaxta aparan qolu vurub.

Əlavə vaxtın ilk dəqiqələrində "Sevilya” azlıqda qalıb. Kolodzeyçak qırmızı vərəqə alaraq meydanı tərk edib. Madrid təmsilçisi say üstünlüyündən yalnız 119-cu dəqiqədə yararlana bilib. Dani Karvaxal 3 futbolçunu keçərək gözəl qola imza atıb. Matç 3:2 hesabı ilə başa çatıb. "Real Madrid” tarixində 3-cü dəfə UEFA Superkubokunu qazanıb.   

"Real" Madrid UEFA Superkubokunun qalibidir (FOTOLAR)
288     
Reklam

Reklam