» » » "Sumqayıt" "Qarabağ"la oyunun hazırlığını davam etdirir (FOTOLAR)

"Sumqayıt" "Qarabağ"la oyunun hazırlığını davam etdirir (FOTOLAR)

Topaz Premyer Liqasına qələbə ilə başlayan "Sumqayıt" Futbol Klubu 2-ci turda qarşılaşacağı "Qarabağ"la oyunun hazırlığını davam etdirir.
 
Premyer.az bildirir ki, komanda axşam "Kapital Bank Arena"da növbəti məşqini keçirib. Yüngül zədəsi olan Əfşin İsmailzadə tam sağalaraq artıq kollektivə qoşulub. Mikayıl Rəhimov, Bəxtiyar Həsənalızadə və Maqomed Kurbanov isə zədəli olduğu üçün məşqlərə qatılmayıb.

Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" oyunun başlama saatı da artıq müəyyənləşib. Avqustun 11-də "Kapital Bank Arena"da baş tutacaq görüş saat 19:00-da başlayacaq. Bu komandaların əvəzediciləri isə bir gün əvvəl saat 17:00-da üz-üzə gələcək.
312