» » » "Real" Superkubok üçün heyətini açıqladı

"Real" Superkubok üçün heyətini açıqladı

"Real" Superkubok üçün heyətini açıqladı"Real"ın UEFA superkubokunda "Sevilya" ilə oyun üçün heyəti müəyyənləşib.
Premyer.az bildirir ki, 20 nəfərlik heyətdə Kriştiano Ronaldo, Qaret Beyl, Keylor Navas, Toni Kroos yer almayıb. K.Ronaldo zədə səbəbindən sözügedən qarşılaşmanı buraxacaq.  Komandanın baş məşqçisi Zinəddin Zidan digər 3 oyunçunun dincəlməsinə qərar verib.
"Real"ın heyətində aşağıda adları qeyd olunan futbolçular yer alıb:
Qapıçılar: Kiko Kasilya, Yanes Ruben , Luka Zidan
Müdafiəçilər: Dani Karvaxal, Serxio Ramos, Rafael Varan, Naço, Marselo, Danilo
Yarımmüdafiəçilər: Xames Rodriqes, Kasemiro, Mateo Kovaçiç, Luka Modriç, İsko, Asensio, Markos Lorente
Hücumçular: Kərim Benzema, Lukas Vaskes, Morata, Mariano.
Qeyd edək ki, Norveçdə keçiriləcək "Real" - "Sevilya" oyunu sabah Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
281     
Reklam

Reklam