» » » Tərlan Quliyev yubiley oyununu keçirdi

Tərlan Quliyev yubiley oyununu keçirdi

Topaz Premyer Liqasının ilk turu "İnter”in yeni futbolçusu Tərlan Quliyev üçün ikiqat əlamətdar olub.
 
Premyer.az bildirir ki, müdafiəçi paytaxt klubunda ilk çempionat oyununu keçirib. Bu, "Qarabağ”la görüşə təsadüf edib.
 
Qarşılaşma həm də müdafiəçinin ölkə çempionatlarında 100-cü matçı olub. 2009/10 mövsümündə "Neftçi”də oynadığı vaxt debüt edən Quliyev 100 oyunda 1 qol vurub.
 
 
"İnter” Tərlan Quliyevin Premyer Liqada 5-ci klubudur. O, "Neftçi”də 48, "Kəpəz”də 35, "Sumqayıt”da 10, "Qarabağ”da 6 oyuna çıxıb. Futbolçunun yeganə qolu da Gəncə klubunda qeydə alınıb.










2009/10
Neftçi (Bakı)
1
0
2010/11
Neftçi (Bakı)
5
0
2011/12
Sumqayıt
10
0
2011/12
Neftçi (Bakı)
5
0
2012/13
Neftçi (Bakı)
22
0
2013/14
Neftçi (Bakı)
15
0
2014/15
Qarabağ (Ağdam)
6
0
2015/16
Kəpəz (Gəncə)
35
1
2016/17
İnter (Bakı)
1
0
Cəmi
  100
1
265     
Reklam

Reklam