» » » Qurban Qurbanov: "Rəqib layiqli qələbə qazandı və biz bunu qəbul etməliyik"

Qurban Qurbanov: "Rəqib layiqli qələbə qazandı və biz bunu qəbul etməliyik"

Qurban Qurbanov: "Rəqib layiqli qələbə qazandı və biz bunu qəbul etməliyik"Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində bu gün keçirilən "İnter" 2-1 "Qarabağ" oyunundan dərhal sonra rəqib komandanın baş məşqçisi oyunu dəyərləndirib.
 
Premyer.az Qurban Qurbanovun açıqlamasını diqqətinizə çatdırır:
 
Qurban Qurbanov: "İlk öncə bütün futbolsevərləri yeni çempionatın başlaması münasibəti ilə təbrik etmək istəyirəm. Digər tərəfdən rəqibi təbrik edirəm, həqiqətən də yaxşı oyun göstərdilər,  çox mobil bir komanda gördüm bu gün meydanda.  Çox çətin idi oynamaq, əsasən də ilk hissədə, çünki rəqib ilk hissəni müdafiədən qurdu. Qol vurmağımıza baxmayaraq, yenə də öz oyunlarını dəyişə bildilər, nəticə üçün oynaya bildilər. Belə isə deyəcək çox söz yoxdur – məğlub olduq, rəqibə təbrik düşür, onları təbrik edirəm. Biz isə qarşıdakı oyunlara hazırlaşmalıyıq, çempionatın ilk oyunu idi və futbolçular belə şeylərə hazır olmalıdırlar. Bəzən uğursuzluq olur və biz bu zolaqdan çıxmağa çalışmalıyıq. Düşünürəm ki, biz bunu tez bir zamanda geridə qoyacağıq.
 
 
Avroliqa və çempionat oyunları tam fərqli oyunlardır və bu gün biz sırf çempionatı düşünürdük, çünki  bizim qarşıda hələ "Sumqayıt”la oyunumuz var, hansı ki bizim üçün çox vacibdir. Buna görə də hələ ki pley-of oyunu haqqında düşünmürük, bunun üçün bizim yetərincə vaxtımız olacaq, rəqib haqqında məlumat toplamağa və oyuna hazırlaşmağa vaxt var. 3 gün sonra "Sumqayıt”la oyunumuz var və biz çalışacağıq ki, çempionatda ilk qələbəmizi qazanaq. Bu oyundan sonra isə avroliqadakı növbəti oyunumuza hazırlığa başlayacağıq.
Bu gün isə rəqib layiqli qələbə qazandı və biz bunu qəbul etməliyik. İnşallah tez bir zamanda bu məğlubiyyəti yaddan çıxarıb, digər oyunlara hazırlaşacayıq.
197