» » » “Kəpəz”in oyunçusu Gəncəli azarkeşlərə səsləndi

“Kəpəz”in oyunçusu Gəncəli azarkeşlərə səsləndi

“Kəpəz”in oyunçusu Gəncəli azarkeşlərə səsləndi"Kəpəz”in mövsüm öncəsi heyətinə qatdığı futbolçulardan biri də Nicat Qurbanov oldu. Premyer.az bildirir ki, Avropa Liqasının oyunlarında da Gəncə klubuna kömək edən yarımmüdafiəçi Topaz Premyer Liqasının startı öncəsi kapazpfc.az saytına fikirlərini bölüşüb: "Bu çempionat ötənilkilərdən fərqli olacaq. Çünki bizi 8 komandalı yarış gözləyir. Əgər belə demək mümkündürsə, Premyer Liqada artıq zəif komanda yoxdur. Fikrimcə, daha maraqlı çempionat olacaq. Azarkeşlər bir-birindən gərgin oyunlar izləyəcək. "Kəpəz” mənim yeni klubumdur. Komandaya xeyir verməyə çalışacağam. Avropa Liqasına vəsiqə verən yerlər uğrunda mübarizə aparacağıq və bunun üçün əlimdən gələni edəcəyəm. Sizin vasitənizlə azarkeşlərimizə səslənib onları bizə dəstək olmağa çağırıram. Onlarsız oyunlar maraqsız olar. Yaxşı bilirəm ki, Gəncədə matçlara daha çox azarkeş gəlir və bu rəqiblərə çətinlik yaradır. "Kəpəz”in nəticədən asılı olmayaraq komandaya dəstək verən azarkeşləri var. Bu da çox müsbət haldır”.
330     
Reklam

Reklam