» » » "Qarabağ"la "Qəbələ"nin play-off rəqibləri bəlli olur

"Qarabağ"la "Qəbələ"nin play-off rəqibləri bəlli olur

Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq. Premyer.az bildirir ki, artıq "səpələnmişlər" və "səpələnməmişlər" səbətlərinin tərkibi məlumdur. "Qarabağ” reytinq sıralamasına görə daha güclü komandaların yer aldığı "səpələnmişlər” səbətində yer alacaq. "Qəbələ" isə "səpələnməmişlər" səbətində olduğundan, daha güclü rəqiblə qarşılaşmalı olacaq.  Püşkatma mərasimi Bakı vaxtı ilə 15:00-da start götürəcək.
 
"Səpələnmişlər”: "Şaxtyor” (Donetsk, Ukrayna), "Olimpiakos” (Yunanıstan), "Anderlext” (Belçika), "AZ Alkmar” (Hollandiya), "Fənərbaxça” (Türkiyə), "Sparta” (Praqa, Çexiya), PAOK (Yunanıstan), "Genk” (Belçika), BATE (Belarus), "Sent Etyen” (Fransa), "Gent” (Belçika), "Krasnodar” (Rusiya), "Rapid” (Vyana, Avstriya), "Slovan Liberets” (Çexiya), "Maribor” (Sloveniya), "Makkabi” (Tel-aviv, İsrail), "Austriya” (Vyana, Avstriya), "Vest Hem” (İngiltərə), "Panatinaikos” (Yunanıstan), "Midyulland” (Danimarka), "Sassuolo” (İtaliya), "QARABAĞ” (AZƏRBAYCAN)

 

"Səpələnməmişlər”: "Rosenborq” (Norveç), "Astana” (Qazaxıstan), "Astra” (Rumıniya), "Hayduk Split” (Xorvatiya), "Arouka” (Portuqaliya), "Qrasşopers” (İsveçrə), "AEK” (Larnaka, Kipr), "Voyvodina” (Serbiya), "İstanbul Başakşehirspor” (Türkiyə), "Brondü” (Danimarka), "Srvena Zvezda” (Serbiya), "Osmanlıspor” (Türkiyə), "Slaviya” (Praqa, Çexiya), "Göteborq” (İsveç), "Dinamo” (Tbilisi, Gürcüstan), "Lokomotiva” (Zaqreb, Xorvatiya), "Trençin” (Slovakiya), "Qəbələ” (AZƏRBAYCAN), "Beytar Yerusəlem” (İsrail), "Sonderiske” (Danimarka), "Şkendiya” (Makedoniya), "Partizani” (Tirana, Albaniya)
724     
Reklam

Reklam