» » » SON DƏQİQƏ! Elnur Cəfərov Portuqaliya klubundan kənarlaşdırıldı

SON DƏQİQƏ! Elnur Cəfərov Portuqaliya klubundan kənarlaşdırıldı

Milli komandamızın üzvü Elnur Cəfərov Portuqaliyanın "Tondela” klubundan kənarlaşdırılıb. Premyer.az bildirir ki, bu haqda desporto.sapo saytı məlumat verib. Gənc futbolçumuzun adı komandanın içtirak ərizəsinə salınmayıb.  Bunun səbəbi "Tondela”nın heyətində yoxlama görüşlərində iştirak edən Cəfərovun baş məşqçi Petitin etimadını qazanmaması olub.

Klubun direktoru Viktor Ramos baş məşqçinin Elnurla yanaşı, Ruben Silvestr və Tomas Xorxenin xidmətindən 2016/17 mövsümündə yararlanmayacağını açıqlayıb. O, son iki oyunçunun artıq özünə klub axtardığını da söyləyib. Direktor Cəfərovla bağlı fikrində isə onun əsas komandaya lazım olmadığını bildirib.

Ötən ay "Tondela” ilə 1 illik müqavilə imzalayan Elnur Cəfərovun klubdan uzaqlaşdırılıb-uzaqlaşdırılmamağı ilə bağlı heç bir məlumat verilməyib.
664