» » » Belçika millisinin yeni baş məşqçisi məlum olub

Belçika millisinin yeni baş məşqçisi məlum olub

Belçika millisinin yeni baş məşqçisi məlum olubFutbol üzrə Belçika millisinin yeni baş məşqçisi məlum olub. Premyer.az bildirir ki, Belçika Futbol Federasiyası ispaniyalı mütəxəssis Roberto Martinezlə razılığa gəlib. 3 ildir ki, İngiltərə klubu "Everton”u çalışdıran 43 yaşlı məşqçi bundan əvvəl "Suonsi” və "Viqan”da işləyib. O, yeni vəzifəsində Avro-2016-da Belçika millisi ilə 1/4 finalda məğlub olan Mark Vilmotsu əvəzləyib.

Martinezin yeni iş yerində ilk sınağı komandanı 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına çıxarmaqdır. Onun ilk rəsmi sınağı seçmə mərhələ çərçivəsində sentyabrın 6-da, səfərdə Kiprlə qarşılamada olacaq.
232     
Reklam

Reklam