» » » Eder: "Qəbələ" ilə meydana çıxmaq istəyirəm"

Eder: "Qəbələ" ilə meydana çıxmaq istəyirəm"

Eder: "Qəbələ" ilə meydana çıxmaq istəyirəm""Lill"in əsas ulduzlarından biri Eder "Qəbələ" ilə oyuna hazır olduğunu bildirib.

Premyer.az xəbər verir ki, Avropa çempionatında Portuqaliyanın heyətində həlledici qolu vuran futbolçu komandasına kömək etmək istədiyini deyib: "Avropa çempionatından sonra istirahət etmişəm. Artıq bütün diqqətimi oyunlara yönəltmişəm. Avropa çempionatının finalında qol vurdum. Amma bunu komanda yoldaşlarımın köməyi ilə bacardım. İndi mənim üçün vacib olan "Lill"in çıxışıdır. Çümə axşamı Avroliqada keçiriləcək görüşdə meydana çıxmaq istəyirəm"

Xatırladaq ki, "Qəbələ" - "Lill" cavab oyunu avqustun 4-də saat 21:00-da "Bakcell Arena"da keçiriləcək.

Fransadakı ilk matç 1:1 hesabıyla nəticələnmişdi. Həmin oyunda Eder meydana çıxmamışdı.  
273     
Reklam

Reklam