» » » "Monako" - "Fənərbağça" matçı bu gün CBC Sport-la canlı yayımlanacaq

"Monako" - "Fənərbağça" matçı bu gün CBC Sport-la canlı yayımlanacaq

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ən maraqlı oyunlarından birində "Monako” "Fənərbağça”nı qəbul edəcək. Premyer.az bildirir ki, ilk görüşdə Türkiyədə 2:1 hesabı ilə qalib gələn İstanbul klubu qələbəyə iddialıdır. Hər iki baş məşqçinin iştirakı ilə keçirilən mətbuat konfransında "Fənərbağça” tərəfi mərhələni keçmək istəyindən danışıb. Baş məşqçi Vitor Pereyra güclü rəqibə qarşı oynayacaqlarını bildirib. "Monako”nun çalışdırıcısı Leonardo Jardim də qarşıdakı görüşə böyük ümidlər bəslədiyini gizlətməyib. Saat 22:45-də start götürəcək görüş CBC Sport vasitəsi ilə canlı yayımlanacaq.

Bu gün daha bir neçə qarşılaşma keçiriləcək. Onların siyahısı belədir:

"Kopenhagen” – "Astra”

"Styaua” – "Sparta”

"Hapoel” B. – "Olimpiakos”

"Yanq Boys” – "Şaxtyor”

PAOK – "Ayaks”

"Zalsburq” – "Partizani”

"Anderlext” - "Rostov”

"Seltik” – "Astana”

"Legiya” – "Trencin”
234     
Reklam

Reklam