» » » Qurban Qurbanov: "Böyük şansımız var və bundan istifadə etməyə çalışacağıq"

Qurban Qurbanov: "Böyük şansımız var və bundan istifadə etməyə çalışacağıq"

Qurban Qurbanov: "Böyük şansımız var və bundan istifadə etməyə çalışacağıq"Bu gün "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında son Çexiya çempionu "Viktoriya Plzen"i qəbul edəcək. Premyer.az bildirir ki, komandamızın baş məşqçisi Qurban Qurbanov dünən axşam keçirilən mətbuat konfransında oyun haqda fikirlərini bildirib:
"Böyük şansımız var və bundan istifadə etməyə çalışacağıq. Futbolçularımız da Çempionlar Liqasında yaxşı oyun göstərmək istəyir, kim istəməz ki, uğurlu nəticə qazansın. Sabah azarkeşlərimizin köməyi ilə yaxşı oyun göstərib nəticə qazanmağa çalışacağıq. 90 dəqiqə ərzində həm müdafiədə, həm də hücumda oynaya bilərik. Əlavə vaxt və penalti zərbələrinə də hazır olmalıyıq. Futbolçular da öz işini başa düşür, lakin onları da psixoloji təzyiq altında qoymaq lazım deyil. Olan şansımızdan maksimum şəkildə istifadə etməyə çalışacağıq".
409     
Reklam

Reklam