» » » Ramazan Abbasov yeni klubda

Ramazan Abbasov yeni klubda

Yeni mövsümün hazırlıqlarını başa vuran AZAL heyətini gücləndirməkdə davam edir.

Premyer.az bildirir ki, Tərlan Əhmədovun komandası daha bir futbolçu ilə müqavilə bağlayıb. Ötən mövsümü "Rəvan”da keçirən Ramazan Abbasov bundan sonra AZAL-ın formasını geyinəcək. Yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, bu Abbasovun karyerasında 8-ci klub olacaq. O, bunadək müxtəlif illərdə "Bakı", MOİK, "Neftçi", "Xəzər Lənkəran", "Kəpəz", Rəvan" və "Sumqayıt" komandalarının heyətində çıxış edib.
339     
Reklam

Reklam