» » » "Qəbələ" – “Lill” oyununun biletləri bu gündən satışda

"Qəbələ" – “Lill” oyununun biletləri bu gündən satışda

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qəbələ" – "Lill” oyununun biletləri bu gün, avqustun 1-dən satışa çıxarılacaq.

Biletləri saat 15:00-dan etibarən 2 satış nöqtəsindən - oyunun keçiriləcəyi "Bakcell Arena"nın və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almaq olar. Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır.

Xatırladaq ki, avqustun 4-də "Bakcell Arena"da keçiriləcək "Qəbələ" – "Lill” qarşılaşması saat 21:00-da başlayacaq.
473     
Reklam

Reklam