» » » "Barselona"dan Qomeş üçün 35.000.000

"Barselona"dan Qomeş üçün 35.000.000

"Barselona" "Valensiya"lı yarımmüdafiəçi Andre Qomeşin transferini rəsmiləşdirib. 

Premyer.az bildirir ki, 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. 

Portuqaliyalı futbolçunun transferi Kataloniya təmsilçisinə 35 milyon avroya başa gəlib. Bu məbləğin 20 milyonunu öncədən "Valensiya"ya verəcək "Barselona" qalan 15 milyon avronu isə qarşıdakı illərdə ödəyəcək. 

Qeyd edək ki, "Valensiya" Qomeşi 2014-cü ildə 15 milyon avro müqabilində "Benfika"dan transfer edib.
471     
Reklam

Reklam