» » » "Qəbələ" "Şuşa-Qarabağ"ı sınağa çəkdi

"Qəbələ" "Şuşa-Qarabağ"ı sınağa çəkdi

Yeni mövsümə hazırlaşan "Qəbələ”nin əvəzedici komandası dünən növbəti yoxlama oyununu keçirib. Premyer.az bildirir ki, Bakıda təlim-məşq toplanışında olan "qırmızı-qaralar” I divizion təmsilçisi "Şuşa-Qarabağ”la qarşılaşıb. Matçın gedişində məğlub duruma düşən Hüseynqulu Quliyevin yetirmələri 4 qol vuraraq 4:1 hesablı əzmkar qələbə qazanıblar. Böyük hesabla qalib gələn komandanın heyətində Ravil Yusifli 2, Ramil Hasanovla Rövlan Muradov hərəyə 1 qol vurublar. Bu, əvəzedicilərin Bakı toplanışında 2-ci qələbəsi olub. Belə ki, iyulun 22-dən paytaxtda hazırlıq keçən "Qəbələ” ayın 24-də I divizion klubu "Qaradağ-Lökbatan”la görüşüb. Həmin matçda 2:1 hesabı ilə qalib gələn komandanın heyətində Ülvi İsgəndərov və Bəhlul Mustafazadə fərqləniblər.
Xatırladaq ki, ötən mövsümün çempionu olan "Qəbələ" əvəzediciləri yeni mövsümün hazırlıqlarını iyulun 29-da keçiriləcək yoxlama matçı ilə tamamlayacaq. Quliyevin yetirmələri həmin gün Qəbələdə I divizion klubu "Ağsu”nu sınağa çəkəcək. Bu matçdan sonra iki günlük fasiləyə buraxılacaq komanda ardından yeni mövsümün I turunun "Kəpəz”lə görüşünə hazırlaşacaq.
653     
Reklam

Reklam