» » » "Qarabağ" Çexiyadan heç-heçə ilə dönür!

"Qarabağ" Çexiyadan heç-heçə ilə dönür!

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk görüşündə "Qarabağ" səfərdə son Çexiya çempionu "Viktoriya Plzen"in qonağı olub.
 
Premyer.az bildirir ki, gərgin keçən 90 dəqiqə ərzində qapılara qol vurulmayıb - 0:0.
Qeyd edək ki, cavab matçı avqustun 2-si Respublika stadionunda baş tutacaq.
 
"Viktoriya” (Plzen, Çexiya) – "Qarabağ" 0:0
Qırmızı vərəqə: Yan Baranek, 75
Sarı vərəqə: Baranek, 28, 75 - Mahir Mədətov, 28
Baş hakim: Aleksandar Stavrev
Baş hakimin köməkçiləri: Maryan Kirovski, Deyan Kostadinov
Dördüncü hakim: Dimitar Mekarovski (hamısı Makedoniya)
Hakim-inspektor: Raymond Ellingem (Uels)
UEFA nümayəndəsi: İonel Piskanu (Rumıniya)
Plzen. "Dusan Arena” stadionu

"Viktoriya”: 1. Matuş Kozaçik, 3. Aleş Mateyu, 22. Yan Baranek, 4. Roman Hübnik (k), 8. David Limberski, 17. Patrik Hroşovski, 7. Tomaş Horava, 11. Milan Petrjela, 26. Daniel Kolar, 19. Yan Kovarik, 12. Mihal Duriş
Ehtiyat oyunçular: 13. Petr Bolek, 2. Lukaş Heyda, 10. Yan Kopiç, 15. Mihael Krmençik, 23. Marek Bakoş, 27. Frantişek Raytoral, 29. Tomaş Kuçera
Baş məşqçi: Roman Pivarnik

"Qarabağ”:. 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel Madera, 9. Reynaldo, 11. Mahir Mədətov, (10. Muarem Muarem, 46), 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, (18. İlqar Qurbanov, 80), 55. Bədavi Hüseynov, 99. Dani Quintana (22. Əfran İsmayılov, 67)
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 15. Rahid Əmirquliyev,32. Elvin Yunuszadə, 91. Coşqun Dinyev

Baş məşqçi: Qurban Qurbanov
520     
Reklam

Reklam