» » » SON DƏQİQƏ! “Mil-Muğan” Premyer Liqada çıxış edə bilər!

SON DƏQİQƏ! “Mil-Muğan” Premyer Liqada çıxış edə bilər!

Ötən mövsüm 1-ci divizionu 8-ci pillədə başa vuran "Mil-Muğan” 2017-2018 mövsümündə Premyer Liqada çıxış edə bilər.
 
Premyer.az bildirir ki, bu barədə AFFA-nın inzibati binasında keçirilən püşkatma mərasimindən jurnalistlərin suallarını cavablandıran PFL-in prezidenti Ramin Musayev xəbər verib: "Əgər "Mil-Muğan” komandası gələn mövsüm onların qarşısına qoyulan bütün tələblərə cavab versələr, Premyer Liqada oynayacaqlar. Şəxsən özüm bu kluba nəzarət edəcəm. Baş məşqçi də Aqil Məmmədov olacaq. Komada 1-ci divizionda oynayanda ev oyunlarına minimum 2000 azarkeş gəlirdi. Niyə də belə klublar Premyer Liqada oynamasınlar? Yenə də deyirəm ki, bu kluba özüm nəzarət edəcəm. Qoy desinlər ki, Ramin Musayev öz klubunu Premyer Liqaya daşıdı. Əgər bu klubdan milliyə 2 futbolçu yetişsə mən ən xoşbəxt insan olaram”.
590