» » » İspaniya Futbol Federasiyasının rəhbəri UEFA-nın yeni prezidenti ola bilər

İspaniya Futbol Federasiyasının rəhbəri UEFA-nın yeni prezidenti ola bilər

Sentyabrın 14-də Yunanıstanın paytaxtı Afina şəhərində keçiriləcək 12-ci növbədənkənar UEFA Konqresində 3 futbol funksioneri prezidentliyə uğrunda mübarizə aparacaq.

Premyer.az bildirir ki, bu barədə Avropanın ali futbol qurumunun rəsmi internet səhifəsində məlumat dərc olunub.
 
Bildirilib ki, namizədlik üçün son tarix olan iyulun 20-ə kimi Sloveniya Futbol Federasiyasının prezidenti Aleksandr Çeferin, Hollandiya Futbol Federasiyasının prezidenti Maykl van Praq və İspaniya Futbol Federasiyasının prezidenti Anxel Mariya Vilyarın namizədliyi təsdiqlənib.

Seçkidə 2007-ci ildən UEFA-ya rəhbərlik edən Mişel Platininin prezidentlik postundan gedişi də rəsmən açıqlanacaq.
450     
Reklam

Digər xəbərlər

Reklam