» » » İspaniya millisinin yeni baş məşqçisi təyin edilib

İspaniya millisinin yeni baş məşqçisi təyin edilib

İspaniya millisinin yeni baş məşqçisi təyin edilibİspaniya milli komandasının yeni baş məşqçisi Yulen Lopeteqi təyin edilib. Premyer.az bildirir ki, Fransada keçirilən Avropa çempionatının 1/8 final mərhələsində məğlub olduqdan sonra postundan ayrılan Visente del Boskeni məhz bu mütəxəssis əvəzləyəcək. Artıq Madrid şəhərində onun təqdimetmə mərasimi keçirilib. İspaniya Futbol Federasiyasının rəhbəri Anxel Mariya Vilyar onunla iki illik müqavilə imzaladıqlarını təsdiqləyib. Lopeteqi qarşıya qoyulan məqsədlərdən də danışıb. O, del Boskenin gördüyü işi davam etdirəcəyini bildirməklə yanaşı, dəyişikliklər edəcəyini  bildirib. Futbolçu kimi "Barselona” və "Real” kimi əzəli rəqiblərin heyətində çıxış etməsi ilə fərqlənən Lopeteqi İspaniyanın 19 və 21 yaşadək yığmalarında 3 dəfə Avropa çempionu olması ilə seçilib. 2014-2016-cı illərdə "Portu”nu çalışdıran mütəxəssis bu ilin yanvarında istefaya göndərilmişdi.
251     
Reklam

Reklam