» » » UEFA-nın "B" kateqoriyalı məşqçi kursu keçiriləcək

UEFA-nın "B" kateqoriyalı məşqçi kursu keçiriləcək

Avqustun 8-dən 13-dək, 22-dən 27-dək və sentyabrın 5-dən 15-dək Bakı şəhərində AFFA tərəfindən UEFA-nın "B" kateqoriyalı məşqçi kursu keçiriləcək.
 
Premyer.az bildirir ki, kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:
1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Sağlamlıq haqqında arayış
4. 2 ədəd şəkil (3x4)
5. "C" Lisenziya və diplomun surəti
Kursda iştirak üçün ödənişin məbləği 1000 manatdır. Ödəniş nağd və ya köçurmə yolu ilə aparıla bilər.
Əlaqələndirici şəxs: Anar Şıxəliyev
Əlaqə telefonu: +994 12 404 27 77; daxili: 11-30
E-mail: [email protected]
Həftənin I-V günləri saat 9:00-dan 18:00-dək müraciət etmək olar.
Sənədlər iyulun 29-dək qəbul olunur.
636     
Reklam

Reklam