» » » Roman Qriqorçuk: «Avropa səviyyəli rəqibə qalib gəldik»

Roman Qriqorçuk: «Avropa səviyyəli rəqibə qalib gəldik»

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "Qəbələ” - MTK (Macarıstan) qarşılaşmasından (2:0) sonra "qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Premyer.az sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edir:
"Qəbələ” növbəti mərhələyə adladı ki, buna çox şadam. Avropa səviyyəli, yaxşı bir rəqibə qalib gəldik. Hər iki matçda MTK-ya qalib gəlməyimiz görüşlərə daha yaxşı hazırlaşmağımız və bütün komponentlərdə onlardan üstün olmağımızla bağlıdır. Bu qarşılaşmada komanda istədiyimiz kimi oynadı. Bizə lazım olanları meydanda həyata keçirdik. Ümumilikdə isə oyun ideal olmadı. Çünki ideal matçlar nadir hallarda yaşanır. Bəzi azsaylı məqamlar var ki, onların üzərində çalışacağıq. Futbolçularımıza minnətdaram. Artıq bu gündən "Lill”in təhlilinə başlaya bilərik. Bu komanda yüksək səviyyəyə malikdir. Belə rəqiblərlə qarşılaşmaq imkanımız olduğu üçün şadam. Onlara qalib gəlmək isə böyük nailiyyət olacaq. Biz də bunu gerçəkləşdirməyə çalışacağıq”.
175