» » » Suaresin maaşı Neymarın maaşı qədər olacaq

Suaresin maaşı Neymarın maaşı qədər olacaq

Suaresin maaşı Neymarın maaşı qədər olacaq"Barselona" hücumçusu Luis Suaresin maaşını artırmağa hazırlaşır. 

Premyer.az bildirir ki, artıq rəhbərlik uruqvaylı futbolçunun meneceri ilə danışıqlara başlayıb. 

Kataloniya təmsilçisi Suaresin əmək haqqını klubun digər futbolçusu Neymarın maaşı ilə eyniləşdirmək istəyir. Qısa müddət öncə "Barselona" ilə müqavilə yeniləyən Neymar ilinə 15 milyon avro qazanacaq. Suaresin də braziliyalı futbolçu kimi ilinə 15 milyon avro qazanc əldə edəcəyi gözlənilir. 

Qeyd edək ki, Suaresin "Barselona" ilə olan müqaviləsinin müddəti 2019-cu ildə başa çatacaq.
263     
Reklam

Reklam