» » » SON DƏQİQƏ! “Qəbələ” ukraynalı futbolçusu ilə yollarını ayırdı

SON DƏQİQƏ! “Qəbələ” ukraynalı futbolçusu ilə yollarını ayırdı

"Qəbələ” ukraynalı futbolçusu Aleksey Antonovla yollarını ayırıb.
 
Premyer.az xəbər verir ki, 30 yaşlı hücumçu ilə müqaviləyə qarşılılıqlı razılıqla xitam verilib. 2015-ci yayından "qırmızı-qara” forma geyinən Antonov 2015-2016-cı illər mövsümündə klubumuzun şərəfini qoruyub. Aleksey "Qəbələ”də çıxış etdiyi mövsüm ərzində 49 oyun keçirib, 8 qol vurub. Premyer Liqada 32 matçda 7 dəfə rəqib qapılarına yol tapan legioner başa çatan mövsümün 3 kubok matçında da forma geyinib. Antonov UEFA Avropa Liqasında 14 qarşılaşmada 1 dəfə rəqib qapısına yol tapıb.
269     
Reklam

Reklam