Türkiyə Super Liqasının başlama vaxtı bəlli oldu » Premyer.Az
» » » Türkiyə Super Liqasının başlama vaxtı bəlli oldu

Türkiyə Super Liqasının başlama vaxtı bəlli oldu

Türkiyə Super Liqasının başlama vaxtı bəlli olduFutbol üzrə Türkiyə Super Liqasının 2016-2017-ci il mövsümü üçün püşkatma mərasimi keçirilib. Premyer.az bildirir ki, ilk tur avqustun 19-22 aralığında keçiriləcək. İyulun 7-də dünyasını dəyişən əfsanəvi Turqay Şerenin adına görə builki çempionat onunu adını daşıyacaq.  Çempion "Beşiktaş "ilk turda evdə, ikinci pillənin sahibi "Fənərbağça” isə səfərdə meydana çıxacaq. Azərbaycan millisinə keçməsi gözlənilən Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor” ilk görüşdə "Kasımpaşa”nı qəbul edəcək.

Hamının maraqla gözlədiyi derbilərin vaxtları da məlum olub. Belə ki, "Qalatasaray” 5-ci turda "Beşiktaş”ın, 11-ci turda isə "Fənərbağça”nın qonağı olacaq. 13-cü həftədə "Fənərbağça” – "Beşiktaş” qarşılaşması oynanılacaq. Qeyd edək ki, 34 həftəlik periyod avqustun sonuncu həftəsinə başlayıb 21 may 2017-ci ildə sona çatacaq.
308     
Reklam

Reklam