» » » "Sumqayıt" Türkiyə klubu ilə qarşılaşdı

"Sumqayıt" Türkiyə klubu ilə qarşılaşdı

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən "Sumqayıt” Futbol Klubu növbəti yoxlama oyununu keçirib.
 
Premyer.az bildirir ki, Samir Abbasovun yetirmələri Türkiyə 1-ci liqa təmsilçisi "Adana Demirspor"la qarşılaşıb. Qızılcahamamda baş tutan görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

"Sumqayıt" FK təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu iyulun 20-də keçirəcək.
262     
Reklam

Reklam