» » » Zinəddin Zidanın oğulları "Real"da

Zinəddin Zidanın oğulları "Real"da

Zinəddin Zidanın oğulları "Real"da"Real” Şimali Amerikada keçirəcək təlim-məşq toplanışına aparacağı futbolçuların adını açıqlayıb.
Premyer.az bildirir ki, komanda bu gün Kanadaya yola düşəcək və sabahdan Monreal şəhərində məşqlərə başlayacaq.
 
Qeyd edək ki, 25 nəfərlik siyahıda "Real”ın baş məşqçisi Zinəddin Zidanın iki oğlu - qapıçı Lyuka və yarrımmüdafiəçi Enso da yer alıb.
 
Qapıçılar: Keylor Navas, Kiko Kasilya, Ruben Yanyes, Aleks Kraninks, Lyuka Zidan.
Müdafiəçilər: Danilo, Rafael Varan, Marselo, Daniel Karvaxal, Naço Fernandes, Filipp Linxart, Alvaro Texero, Əşrəf Hakimi.
Yarımmüdafiəçilər: Kazemiro, İsko, Mateo Kovaçiç, Markos Lyorente, Marko Asensio, Martin Edeqor, Enso Zidan, Aleyş Febas.
Hücumçular: Kərim Benzema, Xese Rodriqes, Borxa Mayoral, Mariano Dias.
Qeyd edək ki, Şimali Amerikada təlim məşq toplanışı çərçivəsində "Real” qatılacağı beynəlxalq turnirdə PSJ, "Çelsi” və "Bavariya” ilə qarşılaşacaq.
1340     
Reklam

Digər xəbərlər

11-07-2016, 14:02

"Real" "Çelsi"yə YOX dedi

Reklam