» » » "Qəbələ"də yeni baş məşqçi

"Qəbələ"də yeni baş məşqçi

"Qəbələ"də yeni baş məşqçi"Qəbələ”nin əvəzedicilərdən ibarət komandası yeni mövsümün hazırlıqlarını davam etdirir. Premyer.az bildirir ki, məşqlərini Qəbələdə gerçəkləşdirən ötən mövsümün çempionu yeni baş məşqçi Hüseynqulu Quliyevin rəhbərliyi altında hazırlıq keçir. O, əvəzedicilərlə Azərbaycan çempionluğu qazanan Ramin Quliyevin əsas komandaya məşqçi təyin olunmasından sonra bu vəzifənin icrasına başlayıb. 2010-cu ildən "Qəbələ”də çalışan mütəxəssis klubun aşağı yaş qrupları üzrə müxtəlif komandalarına çalışıb. Son illər U-19-un baş məşqçisi olan Quliyev ötən mövsüm komanda ilə birlikdə Azərbaycan çempionu adını qazanıb. Bunadək isə o, futbolçu kimi "Termist”, "Turan”, "Xəzri”, "Şəmkir”, "Bakı Fəhləsi”, "Ümid”, "Neftçi” klublarında çıxış edib, məşqçilik karyerasına 2006-ci ildə başlayıb.
Əvəzedicilərin hazırlıq prosesinin Qəbələdə keçirilən 1-ci mərhələsində klubumuzun U-19 komandasını bəzi üzvləri də iştirak edir. 44 yaşlı mütəxəssisin yetirmələri artıq ilk yoxlama oyununu da keçirib. "Qırmızı-qaralar” "Sumqayıt”ın əvəzediciləri ilə yoxlama oyununda 6:0 hesabı ilə qalib gəlib. Hazırlıq prosesinin 1-ci mərhələsini iyulun 18-də yekunlaşdıracaq komanda həmin gün "Kəpəz”in əvəzediciləri ilə üz-üzə gələcək. Ardınca 3 günlük istirahətə buraxılacaq komanda hazırlığın 2-ci mərhələsi üçün bir araya gələcək.
505     
Reklam

Reklam