» » » "Kəpəz" Avroliqa məşqlərini davam etdirir

"Kəpəz" Avroliqa məşqlərini davam etdirir

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin "Admira” ilə cavab oyunu üçün "Kəpəz” hazırlığı davam etdirir.
 
Premyer.az bildirir ki, bərpaedici məşqdən sonra "sarı-göylər” meydanda çalışmağa başlayıblar. Komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq edib. Dünən saat 18:00-a təyin edilən məşq Baş Dövlət Yol Polisi İdarəsinin futbol meydançasında baş tutub. Bu günkü hazırlıq eyni saatda "Qarabağ”ın Suraxanıda yerləşən məşq bazasında olacaq.
 
Qeyd edək ki, "Kəpəz” – "Admira” oyununun start fiti iyulun 20-də saat 20:00-da veriləcək.
234     
Reklam

Reklam