» » » Çingiz İsmayılov: "Aldığım ən qəribə mükafat - makintoş plaşı olub"

Çingiz İsmayılov: "Aldığım ən qəribə mükafat - makintoş plaşı olub"

Çingiz İsmayılov: "Aldığım ən qəribə mükafat - makintoş plaşı olub"Azərbaycan futbolunun ən maraqlı simalarından olan Çingiz İsmayılov "Neftçi” komandasında çıxış edərkən aldığı ən qəribə mükafatı açıqlayıb.
Premyer.az xəbər verir ki, o, CBC Sport telekanalında yayımlanan "İmza” verilişində qonaq olarkən bunları deyib: "1957-ci ildə İrəvanın "Spartak” klubu ilə qarşılaşırdıq. 0:1 hesabı ilə geridə olsaq da, sonda iki qol vurub əzmkar qələbə qazandıq. Bundan sonra bizi Bakı şəhərinin rəhbərliyi qəbul etdi. O vaxt nadir tapılan makintoş plaşı verdilər. Təsəvvür edin ki, o vaxt ancaq şəhər rəhbərliyi və bir də "Neftçi”nin 11 üzvündə maktinoş plaşı var idi”.
242