» » » «Sabahın ulduzları»: qaliblər məlumdur

«Sabahın ulduzları»: qaliblər məlumdur

«Sabahın ulduzları»: qaliblər məlumdur
Ötən bazar Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə 12-ci dəfə keçirilən "Sabahın ulduzları” paytaxt çempionatına yekun vuruldu. Aprel ayında start götürmüş çempionatda 26 komanda 2 yaş qrupu üzrə mübarizə aparırdı.
2006-cı il təvəllüdlü uşaqlardan ibarət komandaların qrupunda 13 kollektiv iki dəstəyə bölünərək medallar uğrunda yarışırdı. Bu yaş qrupunda Samir Əbdürrəhmanovun məşqçisi olduğu "Vətən-2006” və "Qlatasaray” FM  qızıl, "İnter-Arena”, "Qarabağ” və "Təhsil” (Şirvan) gümüş, "Real-Bakı” və "Sərhədçi” komandaları isə bürünc medallara layiq görüldülər.
2007-2008-ci il təvəllüdlü uşaqlardan ibarət komandaların qrupunda da oyunlar eyni qayda ilə keçirildi. Yekunda "qızıl” medalları "Neftçi-2008”, "Vətən-2007” və "Qalatasaray” FM, "gümüş” medalları "Neftçi-2007” və "Sərhədçi”, "bürünc” medalları isə "Leon” və "Təhsil” (Şirvan) komandaları qazandılar. Qeyd edək ki, «Neftçi-2008»in futbolçularının hamısı komandanın adından göründüyü kimi 2008-ci il təvəllüdlüdülər. Komandanın baş məşqçisi uşaq futbolunda tanınmış mütəxəssis İslam Kərimovdur. Bu qələbə İslam müəllimin «Sabahın ulduzları»nda qazandığı sayca 10-cu çempionluqdur.
Çempionat başa çatdıqdan sonra fərqlənən komandalara və oyunçulara müxtəlif məkanlarda mükafatlar təqdim olundu. Mükafatlandırma mərasimində iştirak edən "İnter” PİK-nun prezidenti Rəşad Qasımov, "Vətən” RİOEUGM-nin direktoru Mustafa Həsənov, tanınmış futbol mutəxəssisləri və veteranları Böyükağa Hacıyev, Yaşar Abdulov, Səmədağa Şıxlarov, Asim Xudiyev, Arif Əsədov, Vladislav Qədirov, Təbriz Həsənov, Əli Abışov, Fərrux İsmayılov, Aftandil Hacıyev, Elbrus Abbasov, "Çempion” qəzetinin redaktoru Urfan Məmmədli və digərləri 10 ildir ölkə futboluna layiqli töhfələr verən "Sabahın ulduzları” çempionatının əhəmiyyətini xüsusilə qeyd etdilər və bu yarışa daim qayğı ilə yanaşmağın vacibliyini vurğuladılar.
«Het-trik news» qəzeti
360