» » » "Sabahın ulduzları” turnirinin qalibi müəyyənləşdi

"Sabahın ulduzları” turnirinin qalibi müəyyənləşdi

"Neftçi” PFK-nın 2008-ci il təvəllüdlü futbolçulardan ibarət komandası 2007-ci il təvəllüdlü futbolçular arasında keçirilmiş "Sabahın ulduzları” turnirinin qalibi olub.
 
Premyer.az xəbər verir ki, baş məşqçi İslam Kərimovun yetirmələri çempionatı məğlubiyyətsiz başa vurublar. Sayca 12-ci olan çempionatda ikinci yeri "Neftçi”nin 2007-ci il təvəllüdlü futbolçulardan ibarət komandası tutub. Bu gün qaliblərin və medalçıların mükafatlandırılması mərasimi təşkil olunub. "Neftçi”nin üzvləri – 23 qolla çempionatın ən yaxşı bombardiri olan Vüsal Kərimov və ən yaxşı qapıçısı seçilən Eldar Babayev xüsusi mükafatlarla təltif olunublar.

Qeyd edək ki, 13 komandanın iştirakı ilə keçirilmiş çempionatın oyunları "İnter Arena” və "Amasya” İdman Sağlamlıq Kompleksində baş tutub.

285