» » » Gəncə "Böyük Futbol"a hazırlaşır

Gəncə "Böyük Futbol"a hazırlaşır

Gəncə "Böyük Futbol"a hazırlaşırPremyer.az saytının Gəncə təmsilçisi Valeh Əsədov, Nizami yurdundan xəbər verir:
 
Hələ ötən əsrin sonlarında avrokuboklara ilk dəfə vəsiqə qazanan "Kəpəz" azarkeşləri, canlı tarixin şahididirlər. Gəncəlilər doğma komandalarını avropa arenasında görməkdən böyük məmnunluq içərisindədirlər. "Kəpəz" ilk mərhələdə Moldova "Daçiya"sını üstələdi və növbəti mərhələyə vəsiqə qazandı. Hazırki rəqib isə güclü Avstriya təmsilçisi "Admira"dır. Gəncədə bu matç səbirsizliklə gözlənilir. Gəncəlilərin də "Kəpəz"ə olan ümidləri böyükdür. Təsadüfi deyil ki ölkə üzrə azarkeş rekordu məhz Gəncədə dəfələrlə təkrarlanıb. Azarkeş qruplarından ən qədim tarixə malik olanı isə "Kəpəz" Müstəqil Fanat Klubudur. Adıçəkilən fanklub "Kəpəz"in həm ev, həm səfər matçlarında "Kəpəz"ə böyük qüvvə ilə dəstək olur. Gəncədə "Kəpəz"in avrokubok matçına hazırlıqlar gedir. Bu haqda daha ətraflı məlumatı azarkeş qrupunun rəhbəri, "Kəpəz" Fan Klubunun prezidenti Elmar Əliyev verib.
 
Elmar Əliyev: "Kəpəz"in matçını Gəncədə çox saylı üzvlərimiz bir arada izləyəcək. Əsas məqsədimiz isə birlik nümayiş etdirməkdir. Doğma klubumuzdan qələbə gözləyirik. Gəncəlilər "Admira" matçını böyük məkanda izləyəcək. Əsas istəyimiz şəhərimizi təmsil edən doğma komandamızın avrokubokların qrup mərhələsinə düşməyinin şahidi olmaqdır."
 
Valeh Əsədov /
Premyer.az - Gəncə təmsilçisi
282