» » » Qurban Qurbanov: "Cavab matçı ən ağır oyunlarımızdan biri olacaq"

Qurban Qurbanov: "Cavab matçı ən ağır oyunlarımızdan biri olacaq"

Qurban Qurbanov: "Cavab matçı ən ağır oyunlarımızdan biri olacaq"Dünən axşam Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ" ilk oyunda son Lüksemburq çempionu "F91 Düdelanj"ı 2:0 hesabı ilə məğlub edib. Premyer.az xəbər verir ki, komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:
"Rəqib bir daha göstərdi ki, bu oyuna ciddi hazırlaşmışdı. Cavab matçı ən ağır oyunlarımızdan biri olacaq. Düşünürəm ki, rəqib cavab matçında çox yaxşı mübarizə aparacaq. Lüksemburqdakı stadionun durumu da yaxşı deyil. İnanıram ki, bu durum yaxın günlərdə müsbətə doğru dəyişəcək. Rəqibin sürətli futbolçuları çoxdur, bu da ola bilsin ki, bizə problem yaratsın. Cavab matçında həddindən artıq ciddi olmalıyıq və istəyirik ki, orda da qalib gələk. Futbolçularımı da təbrik edirəm, biz də öz oyunumuzdan əl çəkmədik. Belə komandalara top versək, bizim üçün daha çətin olar
Komandama bir neçə oyun lazımdır ki, öz ritmini tutsun. İkinci hissədə rəqibin öz oyun üslubundan əl çəkməməsi bizi tempi aşağı salmağa məcbur etdi. Hücumlarımızı istədiyimiz kimi qura bilmirdik. Amma yenə də tələsmədən qolumuzu axtarırdıq. Bu elə bir turnirdi ki, iki oyunun nəticəsinə görə qalib müəyyənləşir. Odu ki, səbrli olmaq lazımdı".
183