» » » "Forbes" jurnalı açıqladı: Ronaldo və Messi, kim daha çox qazanıb?

"Forbes" jurnalı açıqladı: Ronaldo və Messi, kim daha çox qazanıb?

Madrid "Real"ının forvardı Kriştiano Ronaldo bu il "Forbes" jurnalının araşdırmalarına görə ən çox qazanan 5 məşhur isim arasında yer alıb. Premyer.az bildirir ki, portuqaliyalının qazancı 88 milyon dollar olub. O ,  US TV-nin aparıcısı  Phil McGraw ilə birlikdə 4-cü yeri bölüşdürüb. Qeyd edək ki, bu məbləğə reklamdan , müqavilədən və digər işlərdən gələn gəlirlər daxildir. Ondan əvvəl siyahıda müğənni  Taylor Swift (170 milyon),  One Direction qrupunun musiqiçiləri  (110 milyon) və yazıçı James Patterson (95 milyon) qərarlaşıblar.
İlk onluqda Lionel Messiyə də yer tapılıb. Argentinalı futbolçunun qazancı  2015-ci ildə  81.5 milyon təşkil edib.
Onlardan başqa reytinqdə yer alan idmançşılar aşağıdakılardır:
LeBron James (11-ci yer, 77 milyon), Roger Federer (16 , 68 milyon), Novak Djokovic (26 , 56 milyon),  Kevin Durant (26 , 56 milyon), golfçular Phil Mickelson və Jordan Sleeps (37 , 53 milyon), Amerika futbolu Cam Newton (37 , 53 milyon), Kobe Bryant (43 , 50 milyon), Lewis Hamilton (49 , 46 milyon), Tiger Woods (51 , 45.5 milyon), Eli Manning (53 , 45 milyon), Joe Flacco (53 , 44 5 milyon) Tom Brady (54 , 44 milyon), Floyd Meyuezer (54 , 44 milyon), qolfçu Rory McIlroy (60 , 42.5 milyon), Amerika futbolu Russel Wilson (61 , 42 milyon),  Zlatan Ibrahimovic ,Neymar (72 , 37.5 milyon), Rafael Nadal (72 , 37.5 milyon), Usain Bolt (91 , 32.5 milyon) , Carmelo Antony (97 , 31 milyon) Amerika futbolu Drew Brees (97 , 31 milyon).
582     
Reklam

Reklam